Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralıII Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Əlahəzrət, əziz qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram.