Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb.
Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Samir Xəlilov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Samir Xəlilovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.