Suraxanı rayonu ərazisində taksi sürücüsünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi "NazLifan markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı RPİ 31-ci PB-yə məlumat daxil olub.

31-ci Polis Bölməsi əməkdaşları tərəfindən dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.