Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla ölkəmizə gələn Azərbaycan vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə - heroin və 47.230 qram psixotrop maddə -metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.