Mayın 28-də Cəlilabad rayon sakinləri çayda çimərkən boğulublar

Unikal.org-un Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, rayon sakinləri Vüsal Abıyev və Şəmsəddin Abbasov Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsində çimərkən boğulublar. Onların meyitləri sudan çıxarılıb.