Bakıda məcburi köçkün intihar edib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Zəngilan rayonunda qeydiyyatda olan, 1982-ci il təvəllüdıü İbadov Rafiq Oktyabr oğlu qəsəbə ərazisindəki "Oxatan" məcburi köçkün düşərgəsinin həyətindəki idman qurğusundan özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.