Bu gün səhər saatlarında Səbail rayonu Bayıl qəsəbəsi istiqamətində-‹ baş verən ağır yol nəqliyyat hadisəsinin təfərrüartları məlum olub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, 2016- ci il tarixindən Səbail rayon Post Patrul bölüyündə xidmət aparan 1992- ci il təvəllüdlü polis kiçik serjantı Zeynallı Emil Adil oğlu hadisə yerindəcə vəfat edib. Belə ki, post patrul xidmətinin əməkdaşı Z. Emil Əhəd Yaqubov küçəsinin qarşısında SOCAR yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən Suraxanı rayon sakini 1974- cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlunun idarə etdiyi "Porsche markalı avtomobil tərəfindən vurulub. Porshenin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail rayon Polis idarəsində araşdırmalara başlanılıb.