Bu gün səhər saatlarında Bakıda qəza baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi "Volvo" markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb.

Hadisə nəticəsində "Volvo"nun arxa tərəfi, "Toyota Prado" markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.