Oğuzda bədbəxt hadisə baş verib.
Unikal.org ARB Şəki-yə istinadən xəbər verir ki, Rayon sakini 67 yaşlı Şamil Əmrahov arı sancmasından dünyasını dəyişib.
Mərkəzi Bazarda qeydə alınan hadisə zamanı Şamil Əmrahov arıları toplandıqları yerdən qovmağa çalışıb. Bu zaman arıların hücumuna məruz qalan rayon sakininin bir müddət sonra yol kənarında yıxılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan Şamil Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.