Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Unikal.org bildirir ki, hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Hadisə şahidlərinin Unikal.org-un əməkdaşına verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov Budo idman növü  üzrə Dünya və Avropa çempionudur.