Goranboy rayonunda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Nəbiyev Rəşad Eldar oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib.

R. Nəbiyevin ürəyində qüsur olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.