Vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu barədə vəkil özü jurnalistlərə bildirib. Vəkil deyib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədiniqanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Elçin Sadıqov bildirib ki, Ə. Muxtarlı Gürcüstanda saxlanılıb.

xxx

Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.


Unikal.org xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.