Axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Samux rayonunda vətəndaşa məxsus "MTZ markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunub.