Bakıda piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızını avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.