Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib.
Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.
Hadisə şahidlərinin bildirdiyinə görə, 130 minlik "Mercedes"in sükanı arxasında qadın sürücü olub. Onun yaxınları hadisə yerinə gələn jurnalistlərə təzyiq göstərərək çəkiliş aparmağa imkan verməyib və maşının nömrəsini açıb gizlətmək istəyib.
Avtosfer.az-ın apardığı araşdırma zamanı isə məlum oldu ki, həmin "Mercedes GL" Fuad adlı şəxsə məxsusdur və heç kimə etibarnamə verilməyib.