Mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra Əfqan Muxtarlı saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanovun sözlərinə görə, Balakən rayonu ərazisində saxlanılarkən Ə.Muxtarlı sərhədçilərə müqavimət göstərib. Axtarış zamanı onun üzərindən xarici valyuta ilə iri məbləğdə pul tapılıb.