Bakı şəhərində türkiyəli sürücü döyülüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonundakı TIR parkında qeydə alınıb.

Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Cəsur Uzun Cəfər naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.