Paytaxtın Yasamal rayonu ərazisində, Musabəyov parkının yaxınlığında 14 saylı marşrut üzrə hərəkət edən "BakuBus" sərnişin avtobusu yol qəzası törədib.

Unikal.org salamnews-a istinadən xəbər verir ki, avtobusun idarəetməsini itirən sürücü nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Bu zaman yerindən qopan işıq dirəyi yaxınlıqda dayanmış 14 yaşlı yeniyetməyə dəyib. Yeniyetmə xəsarət alıb.

Sürücünün sükan arxasında yuxuladığı ehtimal edilir.