Bakıda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub.

Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.