Bakıda avtomobil nənə ilə nəvəni vurub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki,  xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki DSK yolu kimi tanınan ərazidə baş verib. 

"Mercedes markalı, 90 LG 335 dövlət qeydiyyat nişanlı avtomobil 1946-cı il təvəllüdlü Əmirova Nargül Mail qızını və onun nəvəsi, 2003-cü il təvəllüdlü Əmirov Qorxmaz Baloğlan oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. N.Əmirova həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinda cinayət işi açılıb, araşdırma aparılır.