Heydər Əliyev Kuboku uğrunda yarışı idarə edən azərbaycanlı hakimlər dünən Naxçıvandan Bakıya dönüş zamanı problemlə üzləşiblər.
Unikal.org Futbol11.az-a istinadən xəbər verir ki, havaya qalxmaq üzrə olan təyyarə dərhal boşaldılıb. Bakıya qayıdan ədalət təmsilçiləri və "Səbail klubunun baş məşqçisi Samir Əliyev 7 saata yaxın vaxt hava limanında gözləyib.
Bildirilir ki, uçuş zolağında olan təyyarədə texniki nasazlıq aşkarlanıb.
Onlar axşam saatlarında Bakıya çatmağa müvəffəq olublar.