Təyyarə reysi ləğv edilib. Belə ki, bu gecə Bakıdan Dubaya uçması nəzərdə tutulan təyyarə reysi təxirə salınıb.

Unikal.org-un əməkdaşının verdiyi xəbərə görə, bu gecə saat 23:05-də Bakıdan Dubaya gedişi nəzərdə tutulan J2115 təyyarə reysi ləğv edilib.

Digər məlumta görə isə bu gün saat 15:00-da Tehrandan (İmam Xomeyni aeroportu) Bakıya doğru istiqamət götürən J2 8018 reyslə uçan təyyarənin hava limanına enməsi gecikir.

Bildirilir ki, təyyarə saat 21:30-da eniş edəcək.