Dünən saat 17 radələrində özünü Bakı bulvarında dənizə ataraq intihar edən şəxsin kimliyi məlum olub.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın sahilində özünü suya ataraq intihar edən şəxsin 1994-cü il təvəllüdlü Cəfərov Vüsal Əvəz oğlu olması müəyyən edilib.
Hadisə şahidləri ona kömək etməyə çalışsa da, sudan çıxara bilməyiblər. 23 yaşlı oğlanın cəsədini FHN-in xilasediciləri sudan çıxarıb.