Gəncədə yeni doğulan körpə ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Abbasova Aytən Akif qızı uşaq dünyaya gətirmək üçün Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.