Ağdamda süd daşıyan maşın aşıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib. 

Aftandil Rəşidovun idarə etdiyi 90 ZL 545 dövlət nömrə nişanlı, "DAF markalı yük avtomobili idarəetmənin itməsi nəticəsində işıqlandırma dirəyinə dəyib, daha sonra aşıb.

Nəticədə 30 tona qədər süd yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.