Azərbaycanda "Formula 1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Şirkətdən Unikal.org-a daxil olan məlumata görə, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.