Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş sumqayıtlı idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, idmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, oyunların yekunlarına görə, yığmamız 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazananmaqla ümumi hesabda 1-ci yeri tutub. Sumqayıt üçün sevindirici haldır ki, bu oyunlarda şəhər idmançıları ümumilikdə 13 medal qazanıblar ki, onlardan 3-ü qızıl, 3-ü gümüş və 7 bürüncdür.

Qeyd olunub ki, Prezident İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsi idmançılarımızın Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qələbələr qazanmasına zəmin yaradır.

Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

Sonra çıxış edən tədbir iştirakçıları idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılara və onların məşqçilərinə fəxri fərman və mükafat təqdim olunub.
DSC_0103
DSC_0034
DSC_0038
DSC_0043
DSC_0049
DSC_0052
DSC_0053
DSC_0057DSC_0059DSC_0060DSC_0062DSC_0064DSC_0066DSC_0068DSC_0071DSC_0078DSC_0079DSC_0081DSC_0083DSC_0085DSC_0087