Bakıda 55 yaşlı qadının meyiti evində tapılıb.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Proişe Reyhan Yuryevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:11-də başa çatıb.