NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.

Müdafiə Nazirliyindən unikal.org-a verilən məlumata görə, səhra təlimində Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri iştirak edib.

Taborun qiymətləndirilməsini çoxmillətli qiymətləndirmə heyəti keçirib və NATO-nun Quru Qoşunları Komandanlığının müşahidəçiləri tərəfindən izlənilib.