Xəbər verdiyimiz kimi, Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib.

Unikal.org dünyasını dəyişən Toğrul  Mirzəzadənin  fotolarını təqdim edir.