Azərbaycanın energetika naziri Natiq Aliyev xəstəxanaya yerləşdirilib. 

Unikal.org bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.