2 gün əvvəl hasarlarına "intihar etməyə gedirəm yazan 10 yaşlı Saatlı rayonu, Qaralar kənd sakini Fərəcov Etibar Ramil oğlunun cəsədi bu gün FHN-in dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalından tapılıb.
Uşağın cəsədi batdığı ehtimal olunan yerdən təxminən 3 km aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvi verilib.
Unikal.org bildirir ki, Virtualaz.org saytının Şirvan bürosunun xəbər verdiyi kimi, xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına "intihar etməyə gedirəm yazaraq yoxa çıxmışdı. Uşağın ayaqqabısının bir tayı evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalının yanında tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunurdu və elə o vaxtdan da Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunaraq intensiv axtarışlar aparılırdı.