Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 40 m2 olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.