Şəmkir sakini ehtiyatsızlıq nəticəsində ölüb.

Unikal.org bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.

Kənd sakini, sürücü, 38 yaşlı Cəfərov Qurban İsa oğlu traktoru işə salan zaman ehtiyatsızlıq nəticəsində mühərrikin pəri onun qarın nahiyəsini bir neçə yerdən kəsib. Q. Cəfərov hadisə yerində ölüb.

Şəmkir rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.