Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün 17:15 radələrində rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb. 10 CM 045 dövlət nömrə nişanlı "Mercedes ML" markalı minik avtomobili, 90 DM 029 dövlət nömrə nişanlı "Toyota Land Cruiser"-lə toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ziyan dəyib. "Mercedes ML" markalı minik avtomobilin sürücüsü zərbənin təsirindən nəqliyyat vasitəsini bir neçə metr kənarda saxlaya bilib.