Ötən gecə Gəncə şəhərinin Kəpəz rayonunda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub.
Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli küçəsində 1957-ci il təvəllüdlü Vəliyev Mais İsa oğlunu vurub öldürən "Range Rover markalı, 20 BZ 051 dövlət nömrə nişanlı avtomobili idarə edən 1987-ci il təvəllüdlü Mirzəyev Elşad Vidadi oğlunun sərxoş olduğu üzə çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, 30 yaşlı sürücü orta dərəcəli sərxoş vəziyyətdə olub.
Maraqlı məqamlardan biri də odur ki, 60 yaşlı piyadanın həyatına son qoyan hadisə piyada keçidinin bir neçə metrliyində baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.