Goranboyda baş verən ağır yol qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, yol qəzası Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində baş verib.
Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi "VAZ 21015 markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin idarə etdiyi "VAZ 2106 markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü, həmçinin "VAZ 2106-da olan sərnişinlər, Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.