Göygöldə toyda dava olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonda olan şadlıq evlərinin birində toyda baş verən dava zamanı iki nəfər - 1982-ci il təvəllüdlü İlham Qurbanov və Malik Hüseynov adlı şəxslər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət ediblər.
Onlara müvafiq tibbi yardım göstərilib, həyatlarına təhlükə olmadığı bildirilir.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdəırma aparılır.