Bədəndən gələn qoxuların hər birinin ayrı-ayrılıqda öz mənaları var. Bəzi xəstəliklər bədəndəki qoxunun dəyişməsinə yol açaraq özünü göstərə bilər. Ağız, tər və sidik qoxusu bir çox xəstəliklərinin ilkin əlamətləridir.
Unikal.org xəbər verir ki, sidikdə aseton qoxusu diabet xəstəliyinin əlaməti ola bilər.
Bal qoxusu sistitin (sidik kisəsinin selikli qişasının iltihabı) ilkin göstəriciləri ola bilər.
Çürük yumurta qoxusu həzm sisteminizdə problem olduğunu göstərir.
Pis ağız qoxusu böyrək, qulaq-burun-boğaz, ağciyər, diş əti və ya həzm sistemi ilə bağlı ola bilər.
Sidikdən sirkə iyi gəlməsi B və D vitamini çatışmazlığından dolayı yaranan tənəffüs və ya qalxanabənzər xəstəliklərin əlamətidir.
Sidikdə balıq qoxusu cinsi xəstəliyin əlaməti ola bilər.
Sidikdən turşməzə iy mədə iltihabı və ya qalın bağırsaq iltihabının göstəriciləri ola bilər.
Ammonyak qoxusu böyrək və ya qaraciyər xəstəliklərinin ilkin göstərişləridir.
Bəlğəmdəki pis qoxu pnevmaniya, bronxit xəstəliklərinin ilkin əlamətləridir.
Bakteriyalar da insanlar kimi şəkəri çox sevirlər. Çox şəkər yemək yalnız artıq çəki ilə nəticələnmir, eyni zamanda hədsiz mayalanmaya səbəb olur. Nəticə etibarı ilə mayalanma prosesində şəkər spirtə çevrilir və son dərəcə pis qoxular əmələ gətirir.
Tualet vərdişinin də olmaması pis qoxuya səbəb ola bilər. Belə ki, sidiyi və ifrazatı uzun müddət saxlamaq stress və tərləmə ilə nəticələnir. Alimlər ciddi qəbizlik kimi problemləri yaşayan insanların həzm sisteminin aşkara çıxardığı toksinlərin dəri üzərindəki məsamələr yolu ilə bayıra atıldığını və bu vəziyyətində insanların ifrazat kimi iy verməsinə səbəb olduğunu bildirir.
Alimlər maqnezium çatışmazlığı olan insanların daha çox bədən qoxusundan şikayət etdiyini açıqlayıb. (publika.az)