Ağstafa rayonunda baş vermiş avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərində baş verib.

"Mercedes-Benz" markalı avtomobillə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində sürücülər və "Mersedes"də olan bir sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb. "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Şuşanov Vusal Vaqif oğlunun xəsarəti orta-ağır olduğundan Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü və sərnişininin vəziyyəti isə qənaətbəxşdir.

İlkin ehtimala görə, avtoqəzaya sürücülərdən birinin dönmə əməliyyatı apardığı zaman xəbərdarlıq işığını yandırmaması səbəb olub.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.