Sabirabadın Hacıbəbir kəndində ilanların həyət və evlərə daraşması narahatçılığa səbəb olub.

Unikal.org-a "Reportun Aran bürosunun xəbərinə görə, artıq bir neçə gündür yerli sakin Züleyxa Mehralıyevaya məxsus fərdi yaşayış evində ilanlar müşahidə olunur.

Ev sahibəsinin dediyinə görə, həyətə daxil olan ilanlardan bir neçəsini öldürsələr də, onların ardı-arası kəsilmir. Övladlarını ilanların sancacağından qorxan valideynlər bu səbəbdən narahat olmağa başlayıblar.

Ev sahiblərinin sözlərinə görə, son günlər havaların qızması, sahələrdə vətəndaşlar və texnikalar tərəfindən becərmə işlərinin aparılması sürünənlərin həyətlərə daraşmasına gətirib çıxarıb. Odur ki, sakinlər baytarlar tərəfindən ərazilərdə dərmanlama işlərinin aparılmasının vacibliyini vurğulayıblar.