Türkiyədə Samsun vilayətində Kabaceviz şəlaləsinə dincəlmək üçün gələn iki gənc bədbəxt hadisənin qurbanı olub.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı Mertcan Ergün ilə 21 yaşındakı Hüseyin İpcik dünən saat 16:00 radələrində qayalıqlarda xatirə fotoşəkili çəkmək üçün təxminən 75 metr hündürlüyə qalxıblar. Bu zaman Ergünün ayağı sürüşərək qayalığdan düşüb. Ona kömək etmək istəyən dostu Hüseyndə eyni faciə ilə üzləşib.
Hər iki gəncin meyiti polislər tərəfindən "MORQ"a aparılıb.