Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquqşünasının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi "Harley-Devidson markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi "QAZel markalı avtomobilə vurub, nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.