Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 151-ci kilometrliyində, rayonun Cağacuq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 90-NB-970 dövlət qeydiyyat nömrə nişanlı "LADA priora" markalı avtomobillə 99-BF-038 dövlət qeydiyyat nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan, "LADA priora"nın sürücüsü, rayonun Nərimanabad kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Seyidağa oğlu Çərkəzov Quba Rayuon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan yerli bürosuna bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, F.Çərkəzov orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.