Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1977-ci il təvəllüdülü Elnur Hüseynalı oğlu Allahverdiyevə hadisə yerində təcili yardım maşınında ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.