Bu gün "Gənclik Mall"da təlim məqsədli təxliyə planı həyata keçirilib.
Unikal.org xəbər verirki, keçirilən təlimdə əsas məqsəd ticarət mərkəzinda çalışan işçi heyətinə fövqəladə hallar zamanı davranış normalarını bir daha xatırlatmaq olub.
Səhər saatlarında keçirilən təxliyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını yanğın pilləkanları vasitəsilə tərk etməli idi. İşçilər binanı işlədikləri dükana yerləşən ən yaxın yanğın pilləkanı vasitəsilə tərk etməli və aid olduğu 3-4 toplanma məntəqəsindən birində toplanmalı idilər.
10 dəqiqə ərzində davam edən təxliyə təlimində ticarət mərkəzi təhlükəsizlik xidməti əməkdaşları binada heç kimin qalmadığına əmin olduqdan ərazini ən son olaraq tərk ediblər. Təlimin bitdiyi elan edildikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam edib.
Qeyd edək ki, təxliyyə təlimi il ərzində 2 dəfə həyat keçirilir. Təxliyə təlimlərinin əsas məqsədi ticarət mərkəzi ərazisində çalışan işçi heyətinin baş verə biləcək fövqaladə tədbirlərə hazırlıqlı olması, hər hansı hal baş tutan zaman nə etməli olduqlarını bilmələri, ticarət mərkəzində mövcud yanğın çıxışlarını tanımalıdır.