Axşam saatlarında Gəncədə vurulan piyadanın şəxsiyyəti məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, bu, 7 saylı orta məktəbin müəlliməsi, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızıdır.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, "Priora" markalı avtomobili Vasif adlı sürücü idarə edib və maşın yüksək sürətlə hərəkətdə olub. Sürücü polis tərəfindən saxlanılıb.

22:23

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hazırda şəxsiyyəti, hələ ki, bilinməyən qadın yolu keçmək istəyən zaman "VAZ-21015" markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.