Abşeron rayonunda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
Unikal.org report-a istinadən xəbər verir ki, 5 yaşlı uşaq Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən hündürmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən yerə yıxılaraq ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.