Şəmkir sakini dərmandan zəhərlənib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Şiştəpə kənd sakini 1964-cü il təvəllüdlü Həsənov Tahir Cəfər oğlu dərman zəhərlənməsi əlaməti ilə rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normallaşdığı bildirlir.
Məlumata görə T. Həsənov müalicə məqsədi ilə həddən artıq psixotrop dərman həbləri qəbul etdiyinə görə zəhərlənib.