Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.
Unikal.org reprot-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Gülbahar Fazil qızı Məmmədova yaşadığı evdə, hələlik bilinməyən səbəbdən müxtəlif dərman preparatlarını qəbul edərək zəhərlənib.
Yaxınları tərəfindən xəstəxanaya aparılan G.Məmmədovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, o, mədəsi yuyularaq palataya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.